MÖVZU 29
MİGEL DE SERVANTESİN Və QARA QARAYEVİN
EYNİADLI “DON KİXOT” ƏSƏRLƏRİNİN
DRAMATURGİYASI
İspan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri əsasında rus kinorejissoru Q.Kozintsevin çəkdiyi eyniadlı bədii filmin musiqisini Azərbaycan bəstəkarı Qara Qarayev yazmışdır. Sonradan Qara Qarayev bu filmin musiqisi əsasında “Don Kixot” simfonik qravürlərini yaradır.
Romanda Don Kixot mürəkkəb və təzadlı xarakterli qəhrəman kimi göstərilir. Don Kixot bir tərəfdən yel dəyirmanı ilə vuruşan şöhrətpərəst, digər tərəfdən mübariz humanist kimi təqdim edilir. Romandakı obrazlara diqqət yetirək: Don Kixot, Sanço Pansa, Dulsineya. Bu obrazların xarakterində ispan xalqına xas xəyalpərəstlik nəzərə çarpır.
Qara Qarayevin əsərində də biz üç obrazla rastlaşırıq: Don Kixot, Sanço Pansa və Aldonsa obrazları. Qara Qarayevin “Don Kixot”unda komizm yoxdur. O, ədalət uğrunda mübarizə aparan, əzab çəkən, etiraz edən və sonda məhv olan bir insandır. “Don Kixot” simfonik qravürləri — “Səyahət”, “Aldonsa”, “Sanço Pansa”, “Pavana”, “Kavalkada”dan ibarət simfonik silsilədir. Simfonik silsilə “Don Kixotun ölümü” qravürü ilə başa çatır. Bu qravür bir növ silsilənin yekunudur.
Musiqi dinləyək
Qara Qarayev.
“Don Kixot” simfonik qravürlərindən “Aldonsa”