MUSİQİ OBRAZININ XARAKTERİ
MÖVZU 1
“Koroğlu” operasının II pərdəsindən Həsən xanın, III pərdəsindən Koroğlunun ariyaları
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Fərqli
?
Fərqli
Koroğlu xalq qəhrəmanıdır. Xalqı xanların, paşaların zülmündən qurtaran bir insan və eyni zamanda el nəğməkarı — aşıq olduğu üçün bu obrazda mülayimlik, mübarizlik və səmimiyyət ön plana çəkilir. O, yenilməz qüvvəyə, yüksək mənəvi keyfiyyətlərə malikdir.
Həsən xan xalqın sərvətini talayan, hökmran və zülmkar bir obrazdır. Həsən xan obrazının xarakterində qəddarlıq, qəzəb və acgözlük vurğulanır. O, xalqı istismar edir və var-dövlətini mənimsəyir.