MÖVZU 2
MUSİQİ OBRAZLARINDA
XARAKTER DƏYİŞİKLİYİ
Frans Şubert.
«Meşə çarı» mahnı-balladası
İ.Hötenin “Meşə çarı” balladası bir çox bəstəkarın diqqətini cəlb edib. Bu balladaya bəstələnmiş kompozisiyalardan ən uğurlusu isə Frans Şubertin bəstələdiyi “Meşə çarı mahnı-balladasıdır.
“Meşə çarı” mahnı-balladası bir ifaçı tərəfindən səsləndirilir. Lakin əsərdə müəllif, ata, oğul və meşə çarı obrazları hər biri müxtəlif xarakterlidir. Yəni bir ifaçı eyni əsər daxilində dörd obrazın musiqili xarakterini yarada bilir.
Frans Şubert.
“Meşə çarı” mahnı-balladasından bir parça
“Meşə çarı” mahnı-balladasında real və qeyri-real obrazlar var. Müəllif, ata, oğul real obrazlardır. Meşə çarı (ölüm) isə qeyri-real obrazdır.
Əsər fortepiano alətinin müşayiəti ilə səslənir.
Obrazlardakı gərginlik özünü, eyni zamanda daimi hərəkətdə olan fortepiano müşayiətində də göstərir. Müəllif, ata və oğul obrazlarını intonasiya və xarakter yaxınlığı birləşdirir. Amma mətndən asılı olaraq, balladanın musiqisində hər obraz üçün yeni cizgilər, fərdi keyfiyyətlər işlənib.