PRAKTİK İŞ: Tərəfləri a, b və c parçaları olan üçbucaq quraq:
1)
Hər hansı m düz xətti çəkin. Onun üzərində ixtiyari A nöqtəsi
qeyd edin (şəkil 1).
2)
Pərgarın qolları arasındakı məsafəni a parçası qədər açın. İti
ucunu A nöqtəsinə qoyaraq mərkəzi A nöqtəsində, radiusu a
olan çevrənin (və ya qövsün) m düz xətti ilə kəsişmə
nöqtəsini
qeyd edin və onu B hərfi ilə işarə edin (şəkil 2).
3)
Pərgarın qolları arasındakı məsafəni b parçası qədər açın. İti
ucunu A nöqtəsinə qoyaraq mərkəzi A nöqtəsində, radiusu b
olan çevrə çəkin (şəkil 3).
4)
Pərgarın qolları arasındakı məsafəni c parçası qədər açın. İti
ucunu B nöqtəsinə qoyaraq mərkəzi B nöqtəsində, radiusu c
olan çevrə çəkin (şəkil 4).