Bu bölmədə müxtəlif ifadələr üzərində çevrilmə
aparmaq üçün istifadə olunan eynilikləri öyrənəcəksiniz.
Bu eyniliklər “müxtəsər vurma düsturları”
adlanır. Müxtəsər vurma düsturlarının
köməyi ilə natural üstlü ifadəni çoxhədli şəklində
göstərə biləcəksiniz və ya çoxhədlini
vuruqlarına ayırmağı bacaracaqsınız.