ax + by = c şəklində verilmiş tənliyə ikidəyişənli xətti tənlik deyilir.
Burada a və b dəyişənlərin əmsalları, c sərbəst əmsal, x və y isə dəyişəndir.
Məsələn, 2x- 3y = 5 ikidəyişənli xətti tənlikdir: a = 2,
b=-3, c=5.
Dəyişənlərin ikidəyişənli xətti tənliyi doğru bərabərliyə çevirən qiymətlər cütü həmin tənliyin köküdür.
ax + by = c ikidəyişənli xətti tənliyin kökü (x, y) cütü şəklində yazılır.
İkidəyişənli xətti tənliyin sonsuz sayda kökü var.
Məsələn, 2x- 3y = 5 ikidəyişənli xətti
tənliyin köklərindən biri
(1, -1)-dir.
Çünki x= 1 və y=-1 olduqda, 2x - 3y = 2 • 1 - 3 • (-1) = 2 + 3= 5 alınır.