1.
100 ədədini nə qədər azaltmaq lazımdır ki, alınan fərqi 5-ə və 7-yə böldükdə
qalıqda 1 alınsın və birinci bölmədən alınan natamam qismət ikinci bölmədən
alınan natamam qismətdən 4 vahid çox olsun?
a) Məsələnin həlli üçün nəyi məchul qəbul etmək əlverişlidir?
b) Tənliklər sistemi tərtib edərək həll edin.
c) Cavabınızın doğruluğunu yoxlayın.
2.
Şəkil 8-ə əsasən ikidəyişənli xətti tənliklər sistemi tərtib edin.
ŞƏKİL 8
3.
Tənliklər sistemini qrafik üsulla həll edin:
{
2x - y - 3 = 0
x + 2y - 4 = 0
4.
a və b-nin hansı qiymətlərində
{
a)
sonsuz sayda kökü var?
5.
Tənliklər sistemini həll edin
a)
{
5x - 3 + 9y
3
=
2x + 3y - 2
2
x - 3y
2
=
2x - 3y
3
b)
{
2x - y
6
=
2x + y
9
= 3
x + y
3
-
x - y
4
=4
c)
{
x + 3 - 5y
2
=
3x - 4y + 3
3
6 + 3x - y
3
=
12x - y
4
d)
{
x + y
8
+
x - y
6
= 5
x + y
4
+
x - y
5
= 10
6.
Binada olan birotaqlı, ikiotaqlı və üçotaqlı mənzillərin sayı 160-dır. Birotaqlı
mənzillərin sayı ikiotaqlı mənzillərin sayından 2 dəfə, üçotaqlı mənzillərin
sayından isə 24 ədəd azdır. Binada hər mənzildən neçə ədəd olduğunu
müəyyən edin.
7.
Nağıl-məsələ: Dəvə və atın hər birinə eyni kütləli müxtəlif sayda kisələr
yüklənib. At yükün ağırlığından şikayətləndi. Dəvə isə dedi ki: “Sən nə üçün
şikayət edirsən? Əgər səndə olan kisələrdən birini mənə yükləsək, məndə
səndən 2 dəfə artıq yük olar. Mən sənə 1 kisə versəm, onda bizim yüklər
bərabərləşər”. Hər heyvanın neçə kisə daşıdığını müəyyən edin.