Bir tərəfi və ona bitişik iki bucağına görə üçbucaqların konqruyentlik əlaməti (II əlamət)
ΔABC- nin qurulması | ΔMNK-nın qurulması |
a düz xətti üzərində uzunluğu 2 sm
olan AB parçasını çəkin:
|
m düz xətti üzərində uzunluğu 2 sm
olan MN parçasını çəkin.
|
Təpəsi A nöqtəsində, tərəfi AB olan
60°-li bucaq qurun.
|
Təpəsi M nöqtəsində, tərəfi MN olan
60°-li bucaq qurun.
|
Təpəsi B nöqtəsində olan, A bucağı
ilə eyni yarımmüstəvidə yerləşən 45°-li
bucaq qurun.
|
Təpəsi N nöqtəsində olan, M bucağı
ilə eyni yarımmüstəvidə yerləşən 45°-li
bucaq qurun.
|