Situasiya məsələlərini həll edərkən fiziki kəmiyyətlərin dəqiq və təqribi qiymətlərinə rast gəlinir. Məsələn, 6,39 sm qiymətini onda birlərə qədər yuvarlaqlaşdırdıqda 6,4 sm alınır: 6,39 ≌ 6,4. Burada ədəd yuvarlaqlaşdırıldıqda ədədin dəqiq qiymətində müəyyən xəta yaranır. Ədəd 6,4 - 6,39 = 0,01 qədər böyüyür.
Kəmiyyətin (temperatur, təzyiq, sürət və s.) ölçülməsində əldə olunan qiymət müxtəlif amillərdən asılı olaraq dəqiq qiymətdən bir qədər fərqli alınır.
Bəzi məsələlərin həllində müşahidə və təcrübələr aparılarkən ölçmə alətlərindən (xətkeş, transportir, termometr, tərəzi, manometr və s.) istifadə edilir. Ölçmə alətlərinin üzərində, adətən, ştrixlə göstərilmiş bölgüləri olan şkala olur. Ölçmə aparılarkən alınan qiymətlər heç də həmişə dəqiq olmur. Ölçmənin dəqiqlik qiyməti ölçmə alətinin bölgülərinin sayından asılıdır.
Aşağıdakı alətlərdə iki qonşu ədədin fərqini həmin ədədlər arasında olan bölgülərin sayına bölməklə ölçmənin hansı dəqiqliklə aparıldığını müəyyən edək:
Tikiş ölçü lentində qonşu ədədlər arasında 1 bölgü olduğu üçün alətin dəqiqlik qiyməti
10 - 9
1
= 1 sm olar. ( şəkil 1).
Xətkeş üzərində iki qonşu ədəd arasında bölgülərin sayı 10 olduğu üçün xətkeşin dəqiqlik
qiyməti
10 - 9
10
= 0,1 sm olar (şəkil 2).
Termometrin (şəkil 3) üzərində iki qonşu ədəd arasında bölgülərin sayı 10 olduğu üçün
termometrin dəqiqlik qiyməti
30°- 20°
10
= 1° olar.