İnsanlar hər sahədə gələcək işlərini planlaşdırmaq üçün hadisələri
diqqətlə izləyir və müəyyən nəticələr əldə edirlər. Bu və ya
digər hadisənin gələcəkdə baş verməsinin təxmin edilməsi vacib
məsələdir və hər dövrdə insanların diqqətini cəlb etmişdir.
Proqnoz hər hansı hadisənin gələcək vəziyyəti haqqında verilmiş
fərziyyədir. Proqnoz sözü yunan dilində “pro” - irəli; “gnosis”
- bilik sözlərinin birləşməsi olan “prognosis” sözündən götürülüb,
“əvvəlcədən görmə” mənasını verir.
Proqnozlaşdırma elmi metodlar əsasında məlumatın emalı və
proqnozun əldə edilməsi prosesidir. Proqnozun mütləq həyata keçəcəyini
söyləmək mümkün olmasa da, proqnozlaşdırma insan
fəaliyyətinin planlaşdırılmasında mühüm mərhələ hesab edilir.
Proqnozlaşdırma əsasında müxtəlif müddətləri əhatə edən proqramlar
(planlar) işlənib hazırlanır.
ARAŞDIRMA:
Xətti qrafik (şəkil 21) dünya əhalisinin 1950-ci ildən
2020-ci ilə qədər olan sayını əks etdirir.
Xətti qrafikdən istifadə etməklə aşağıdakı sualları cavablandıra və
proqnozları verə bilərik:
a)
1950-ci ildə dünya əhalisi neçə milyard olub?
Qrafikə görə 1950-ci ildə təqribi 2,5 milyard nəfər olub.
b)
Əhalinin sayı hər 10 il ərzində necə dəyişib?
Burada hər 10 il üçün dəyişməni təqribi müəyyən edirik.
Dünya
əhalisinin sayı:
- 1950-ci ildən 1960-cı ilə qədər təqribən 0,5 milyard artmışdır.
- 1970-ci ildən 1980-ci ilə qədər təqribi 0,4 milyard artmışdır.
- 1990-cı ildən 2000-ci ilə qədər təqribi 1 milyard artmışdır.
- 2010-cu ildən 2020-ci ilə qədər təqribi 0,9 milyard artmışdır.
c)
2020-ci ildə dünya əhalisi neçə milyard olub?
2020-ci ildə dünya əhalisi 7,8 milyard olmuşdur.
Proqnozlar:
d)
2030-cu ildə əhalinin sayı neçə milyard ola bilər?
2020-ci ildən 2030-cu ilə qədər dünya əhalisi təqribi
0,7-1 milyard
artaraq 8,8-9 milyard ola bilər.
e)
2030-cu və 2040-cı illər arasında əhalinin artımının
nə qədər
olacağı gözlənilir?
2030-cu ildən 2040-cı ilə qədər dünya əhalisi təqribi
0,9-1 milyard
arta bilər.
f)
2040-cı ildə dünya əhalisi neçə milyard ola bilər?
2040-cı ildə dünya əhalisinin 10 milyard ola bilər.