İçərisində 100 l şirə olan çəlləkdən 10 l şirə götürülüb əvəzinə 10 l su əlavə
edildi. Alınan məhlul qarışdırılaraq ondan yenə də 10 l götürülüb, əvəzinə 10 l
su əlavə edildi və bu əməliyyat bir neçə dəfə təkrarlandı. Sonda tərkibində
72,9 l şirə olan məhlul əldə etmək mümkündürmü?
2.
a) 10! ədədinin ən böyük natural
bölənini tapın.
İPUCU: Burada 10! =
1•2•3•4•5•6•7•8•9•10.
b) 10! ədədi hansı ən kiçik
natural ədədə bölünməz?
3.
Geyim dükanında aşağıdakı kimi aksiya elan edilib:
ELAN
1000 MANATDAN çox alış-veriş edən hər bir alıcı 100 MANATLIQ BONUS KARTI əldə edir.
Bonus kartla həmin dükandan 100 manatlıq mal almaq
şansı qazanır, əgər alıcı bu aksiyada iştirak edərsə, aldığı
malları geri qaytarmaq hüququnu itirir.
Nərmin 950 manatlıq kostyum, 80 manatlıq ayaqqabı və 60 manatlıq çanta
almaq istəyir. Hansı halda Nərmin alış üçün ən az pul xərcləyər:
a) hər 3 geyimi birdən alar?
b) əvvəl kostyum və ayaqqabını alar,
çantanı isə bonus kartla əldə edər?
c) əvvəl kostyum və çantanı alar,
ayaqqabını isə bonus kartla əldə edər?
4.
Müəllim istəyir ki, şagirdləri “birgə tapşırıq yerinə yetirməyə aid” bir neçə
məsələ tərtib etsinlər. Məsələnin şərtində nəzərə alınmalıdır ki: “Birinci briqada
hər hansı tapşırığı a günə, ikinci briqada isə b günə yerinə yetirir. Briqadalar
birgə işləməklə bu tapşırığı neçə günə yerinə yetirə bilər?” Həmçinin
müəllim istəyir ki, məsələnin cavabı hər bir halda “24 gün” alınsın, a və b
natural ədədləri üçün a > b şərti daxilində neçə müxtəlif variant tərtib etmək
mümkündür?
5.
a) İki oğlan 8x8 lövhəsində dama
oynayır. Oyun başladıqdan bir müddət
sonra dama lövhəsi üzərində qara rəngli boş xanaların sayı daşlar olan
xanaların sayından 3 dəfə çox, oğlanların birində isə digərindən 2 daş çox
oldu. Lövhədə hər oğlanın neçə daşı qalmışdır?
b) Qız gün ərzində 3 arşın parça
toxuyaraq 4 gün tək işlədi. Sonra ana da
qızına qoşularaq gün ərzində 5 arşın parça toxudu. Onların parçaları eyni
uzunluqda olduqda işlərini saxladılar. Ana və qız birlikdə neçə arşın parça
toxudular?