İstənilən rasional ədədi sonlu və ya sonsuz onluq kəsr şəklində yazmaq mümkündür. Sonlu onluq kəsrlərə nümunələr yazaq.
Elə kəsr ədədlər var ki, onların surətini məxrəcinə bölərkən, yəni onluq kəsrə çevirərkən bölmə əməli sonsuz olaraq davam edir.
Dövri onluq kəsrləri qısa şəkildə yazmaq üçün vergüldən sonra təkrarlanan rəqəm və ya rəqəmlər qrupu mötərizədə yazılır:
Kəsrin məxrəcindəki ədədin sadə vuruqlarına görə onun sonlu və ya sonsuz onluq kəsrə çevriləcəyini müəyyən etmək olur.