Həndəsənin əsas anlayışlarından biri “qurma” anlayışıdır. Bu anlayış tərifsiz qəbul edilir.
Müəyyən şərtlərlə və alətlərlə hər hansı həndəsi fiqurun qurulmasını tələb edən təklifə qurma məsələsi deyilir.
İndi pərgar və xətkeş alətlərindən istifadə etməklə əvvəlcə verilmiş parçaya konqruyent parçanı, sonra isə onun orta perpendikulyarını quraq.
Parçanın orta nöqtəsindən keçərək ona perpendikulyar olan düz xəttə parçanın orta perpendikulyarı deyilir.