Hər hansı AOB bucağını çəkək (şəkil 48). Tərəfləri bu bucağın uyğun tərəflərinə paralel olan MNK (şəkil 49) və CED (şəkil 50) bucaqlarına baxaq.
Göründüyü kimi, MNK və CED bucaqlarının tərəfləri AOB bucağının uyğun
tərəflərinə paraleldir: OA II NM II EC və
OB II NK II ED.
Burada AOB və MNK bucaqları eyniadlı (hər ikisi iti bucaqdır (şəkil 51)), AOB və CED bucaqları isə müxtəlifadlıdır (biri iti, digəri isə kor bucaqdır (şəkil 52)).