Çoxhədlilər insan hayatında istifadə olunan
anlayışlardan biridir. Məsələn, marketdən 3 kq
un, 2 kq qənd və 1,5 kq yağ aldığımız zaman
beynimizdə bu ərzaqların 1 kq-nın qiymətini
verilmiş ədədlərə vuraraq alınan hasilləri
cəmləyirik. Yəni, tutaq ki, 1 kq un m manat,
1 kq qənd n manat və 1 kq yağ k manatdırsa,
onda biz nəticədə kassaya 3m + 2n + 1,5k
cəmi (çoxhədlisi) qədər pul ödəməli olarıq.
Bir mühəndis hər hansı əyriləri - qrafikləri modelləşdirərkən,
inşaatçı yolları, binaları və digər
tikililəri dizayn edərkən, iqtisadçılar iqtisadi artım
proqnozlarını verərkən, tibb tədqiqatçıları bakteriya
və virusların davranışlarını təsvir edərkən riyazi
hesablamalarda çoxhədlilərə müraciət edirlər.