Ədədlər, dəyişənlər və ya onların natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə birhədli deyilir. Xüsusi halda yalnız hərf və ya yalnız ədəd də birhədlidir. Hərflə işarə olunan vuruqlara dəyişən də deyilir.
Birhədlidə olan ədədi vuruqların hasilindən alınan ədəd əmsal adlanır.
k = k1
k = 1 ⋅ k
-
1
2
birhədlisi yalnız əmsaldan ibarətdir
k birhədlisində əmsal 1, dəyişən k-dır.
4x birhədlisində əmsal 4, dəyişən isə x-dir.
8y2z3 birhədlisində əmsal 8, dəyişənlər isə y və z-dir.
9ab • (- 3ab6c)
-
1
2
birhədlisinin dərəcəsi sıfırdır (hərfi vuruq olmadığı üçün).
4x birhədlisinin dərəcəsi 1-dir: 4x = 4x1.
8y2z3 birhədlisinin dərəcəsi 5-dir: 2 + 3 = 5.
-27a2b7c birhədlisinin dərəcəsi 10-dur: 2 + 7 + 1 = 10.
Hər biri a-ya bərabər olan n sayda vuruğun hasilinə a
ədədinin n-ci dərəcədən natural üstlü qüvvəti deyilir və a n
kimi işarə edilir. Burada n ≥ 1.
a-nın n-ci dərəcədən qüvvəti
a 2 və a 3 qüvvətlərinin necə oxunduğunu yada salın.
Xüsusi halda
a1 = a,
a2 = a • a,
a3 = a • a • a,
a4 = a • a • a • a.
1 n= 1,
0 n = 0,
a ≠ 0 olarsa, a 0 = 1.