Çoxhədliləri standart şəklə gətirməklə siz birhədlilər arasında toplama və çıxma əməllərini yerinə yetirdiniz. Çoxhədlinin hədlərinin birhədli olduğunu bilirik. Deməli, çoxhədlilər arasında da toplama və çıxma əməllərini yerinə yetirmək mümkündür.
6x2 + 8x- 5 və -3x2 + 7x - 11 üçhədlilərini toplayın.
(6x2 + 8x - 5) + (-3x2 + 7x - 11). Bu əməli yerinə yetirmək üçün mötərizələr açılır, oxşar toplananlar islah edilir və cəm standart çoxhədli şəklində yazılır:
-x3 + 7x2 - 8x + 9 çoxhədlisi ilə 4x2 - 3x + 1 üçhədlisinin fərqini tapın:
(-x3 + 7x2 - 8x + 9) - (4x2 - 3x + 1). Bu əməli yerinə yetirmək üçün mötərizələr açılır, oxşar toplananlar islah edilir və alınan fərq standart çoxhədli şəklində yazılır:
Beləliklə, iki və daha çox çoxhədlinin cəmi və fərqi də çoxhədlidir.
2a3 - 7a + 8 və a3 - 11a - 3 çoxhədliləri üzərində aşağıdakı əməlləri yerinə yetirin və alınan nəticəni sadələşdirin.
(1 + 4a) + (a2 - 3a);
(7x2 + 2x) + (-x2 + 5);
(y2 - 6y) + (4y - y2) ;
(c2 - c + 7) - (c2 + c + 3);
(8n3 - 6n2) - (1 + 8n3 - 5n2);
(m2 + 9m + 2) - (m2 + 9m - 2).