7.
TƏSVİRİ SƏNƏTDƏ ƏFSANƏVİ OBRAZLAR
Daha hansı əfsanəvi obrazları tanıyırsınız?
Əfsanə, rəvayət və dini hekayətlərdə bəhs olunan obraz, hadisə və qəhrəmanlara həsr olunmuş janr əsatir adlanır. Orta əsrlərdə müxtəlif xalqların mifologiyasından götürülmüş süjetlər əsasında yaranmışdır. Əsatir janrına aid ilk nümunələr antik dövrdə yaransa da, İntibah dövründə daha da inkişaf edərək çiçəklənmə dövrünə çatmışdır.
Azərbaycan mifologiyası fantastik obrazlar, əfsanə və rəvayətlərlə zəngindir. Qafqaz, Kiçik və Orta Asiya xalqlarının folklorunda geniş yayılmış Simurq quşu, div, təpəgöz, əjdaha və s. belə mifoloji obrazlardandır.
Təpəgöz - türk mifologiyasında, insanabənzər görünüşə və qamətə malik təkgözlü nəhəngdir. Lakin yeganə fərqi bir gözlü və boyunun çox hündür olmasıdır.
Simurq - bütün quşların şahı olan əfsanəvi varlıqdır. Əsatirlərdə simurq obrazı daha çox ədalət və xoşbəxtlik quşu kimi təqdim olunur.