10.
SÜJETLİ ƏSƏRLƏRDƏ İNSAN OBRAZI
İncəsənətə dair dialoq
Süjetli əsərlər digər janrlardan nə ilə fərqlənir?
Hansı rəssamların əsərlərində təsvir olunmuş insan obrazı sizin yaddaşınızda daha yaxşı qalıb?
Süjetli əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir.
Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir.
Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
İ.Repinin portretlərində insan obrazları
Portretlərdəki üz ifadələrini şərh edin.