AVROPA SƏNƏTKARLIĞI
12.
PARÇA, RƏNG VƏ ORNAMENT
Geyimlərin hazırlanmasında hansı parçalardan istifadə olunur?
Qədim əlyazma, freska və miniatürlərdən əldə olunmuş məlumatlara əsasən parçanın ilk dəfə şumer xalqı tərəfindən yaradıldığı müəyyən olunmuşdur.
Parça - toxuculuq məmulatı olub, hər bir xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Hələ qədim dövrlərdə parçalar öz müxtəlifliyi ilə fərqlənirdi. Onun istehsalında bitkilərdən (pambıq, kətan), heyvanlardan (yun, ipək) və neftdən alınan saplardan istifadə olunurdu.