13.
AVROPA BAŞ GEYİMLƏRİ
İncəsənətə dair dialoq
Bütün dövrlərdə xüsusi qoruyucu funksiyaya malik geyimin ən vacib hissələrindən biri nədir?
Orta əsrlərdə Avropada geniş yayılmış hansı baş geyimlərini tanıyırsan?
Müxtəlif dövrlərdə geyim dəstinin çox mühüm tərkib hissələrindən biri baş geyimləri olmuşdur.
Funksiyası: Antik dövrdə baş geyimləri praktik əhəmiyyət daşıyırdı. Ancaq döyüşçülərin dəbilqəsi qoruyucu funksiya ilə yanaşı, həm də mərdlik rəmzi sayılırdı. Orta əsrlərdə və sonrakı dövrlərdə baş geyimləri ilk növbədə bəzək əşyası və var-dövlətin təcəssümü hesab olunurdu.
Bəzəklər: Baş geyimləri lələklər, xəz, lent, mirvari və almazlarla bəzədilirdi. Hökmdarların baş geyimləri bahalı daş-qaşlar, qızıl və xüsusi parçalarla bəzədilirdi. Beləliklə, baş geyimləri həm də insanların fərdi keyfiyyətlərinin ifadəçisinə çevrilirdi.
Forması: Avropada baş geyimləri yarımdairəvi və ya silindrik, bəzən isə konusvari və ya piramidaşəkilli formaya malik olmuşdur.
Orta əsrlərdə baş geyimlərinin forma və bəzəkləri