16.
RƏSSAM ƏSƏRİNDƏ ZADƏGAN GEYİMLƏRİ
İncəsənətə dair dialoq
Geyim insan həyatında necə rol oynayır?
Xarici görünüşə görə insanların cəmiyyətdə mövqeyini, peşəsini necə müəyyən etmək olar? Misallar gətirin.
Orta əsrlərdə yaşamış insanların zahiri görünüşü geyimlə ölçülürdü ki, buraya dəbdəbəli görünüş, bahalı parçalar, qiymətli bəzək əşyalarını aid etmək olar. Geyimlər incəsənətin bütün növləri arasında daha çox memarlıqla bağlı olmuşdur. Memarlıqda olduğu kimi, geyimlərdə də özünəməxsus quruluş və dəqiq konstruksiya yaranmışdır. O dövrdə rəssamların yaratdıqları portretləri nəzərdən keçirərkən geyimlərin insanlar haqqında çox əhəmiyyətli məlumatlar verdiyini görmək olar. Belə rəssamlardan biri dahi ispan rəssamı Dieqo Velaskesdir.
Dieqo Velaskesin əsərlərində saray geyimləri
1 İnfant (kişi), infanta (qadın) - (ispanca infante - uşaq) - İspaniya və Portuqaliyada taxt-tacın varislərindən başqa, kral evlərinə aid olan şahzadələrin titulu.