AZƏRBAYCAN SƏNƏTKARLIĞI
17.
AZƏRBAYCAN BAŞ GEYİMLƏRİ
İncəsənətə dair dialoq
Azərbaycan geyimlərində hər bir kişinin şərəf rəmzi sayılan və cəmiyyətdə mühüm əhəmiyyətə malik olan nə idi?
Azərbaycanda hansı baş geyimləri məşhurdur?
Azərbaycanda cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, papaq kişilər üçün mərdlik, şərəf və ləyaqət simvolu sayılırdı, onu itirmək çox böyük təhqir hesab olunurdu.
Keçmişdə papağın formasına görə onu daşıyanın cəmiyyətdəki mövqeyini və sosial vəziyyətini müəyyən etmək olardı. Cəmiyyət arasına, ictimai yerlərə baş geyimi olmadan getmək ədəbsizlik sayılırdı. Kişi papaqları, əsasən, uzun və yumşaq tükləri olan qoyun dərisindən, yaxud qaragüldən (quzu dərisi) hazırlanırdı.
Papaqların müxtəlif formaları mövcud olmuşdur.
Azərbaycan baş geyimləri