22.
NAXIŞLARDA ƏBƏDİLƏŞƏN HƏYAT
İncəsənətə dair dialoq
Xalça üzərində nələri təsvir etmək olar? Belə təsvirlər nə ilə fərqlənir?
Xalçaların hansı növləri məlumdur?
Bizi məişətdə toxuma üsulu ilə hazırlanmış çoxlu əşya əhatə edir. Onlardan biri də əllə toxunmuş xalçalardır. Hələ orta əsrlərdə xalça üzərində insanı, onun məişətini təsvir etmək ənənəsi mövcud olmuşdur. Belə xalçalara süjetli xalçalar deyilir. Onların üzərində verilmiş insan təsvirində miniatürlərə xas kompozisiya həlli müşahidə olunur.
Xalq rəssamı Kamil Əliyevin yaradıcılığında insan təsvirləri müasir xalçaçılıq sənətində geniş tətbiqini tapmışdır. Onun yaratdığı xalça-portretlər təkrarsızdır, ən əsası isə, bu təsvirlər obrazın mahiyyətini, onun daxili aləmini və əzəmətini böyük məharətlə açıqlaya bilir.
Kamil Əliyevin yaratdığı xalçalarda insan obrazı