B
öyük Hun dövləti dövründə türk xalqları daha geniş ərazilərdə yaşamağa başladı.
Türklərin Asiyada yaşadıqları ərazilər, əsasən, sərt iqlimə malik çöllər idi.məhsuldar torpaqlara doğru
hərəkət edərək İdil (Volqa)
çayını keçib geniş ərazilərə yayıldılar.
Onların təzyiqi altında
alanlar, qotlar və digər xalqlar
da Mərkəzi və Qərbi Avropaya
köçməyə məcbur oldu.
Hunların bir qolu Ön Asiya
istiqamətinə, digər qolu isə
Mərkəzi Asiyanın cənubuna
doğru hərəkət etdi.
Hunlar qərbə hərəkət edən
zaman IV yüzilliyin 70-ci illərində
Don və İdil çayları arasında
alanlara məxsus əraziləri
tutdular.
Sonra onlar Don çayını keçib
Azovətrafı ərazini, Terek və
Kubanı ələ keçirdilər. Sürətli yürüşlə
Krıma tərəf hərəkət edən
hunlar həmin ərazilərdə yaşayan
qotlarla üzləşdilər. Qotları