F
ransada kənd təsərrüfatı XI yüzillikdən başlayaraq inkişaf etməyə başladı. Yeni qoşqu sistemi
nəticəsində atdan istifadə əkin və başqa kənd təsərrüfatı işlərinin müddətini azaltdı. Əmək məhsuldarlığı kənd təsərrüfatında xüsusilə artmışdı. Kəndlilər öz istifadəsində olan torpaq payında daha səylə çalışırdılar.
arasında sosial-iqtisadi və
siyasi inkişaf fərqləri ölkədə
vahid xalqın formalaşmasına
mane olurdu. Burada yaşayan
əhali fərqli dillərdə danışırdı. Bu
feodal dağınıqlığını daha da
gücləndirirdi.
Sənətkarlığın kənd təsərrüfatından
ayrılması nəticəsində
X yüzillikdə Avropada bir sıra
şəhərlər yarandı. Roma imperiyası
dövründə salınmış şəhərlər
bərpa edildi və yeni şəhərlərin
əsası qoyuldu. İlk dövrdə kənd
təsərrüfatında çalışan əhali
tədricən sənətkarlıq və ticarətlə
məşğul olmağa başladı.
Fransanın cənubu və şimalındakı
şəhərlərin inkişafı da
fərqli idi. Ölkənin cənubunda
şəhərlərin yaranması və inkişafı
xarici ticarət əlaqələrinin genişlənməsi
ilə bağlı idi. Şimalında
isə vilayətlər arasında iqtisadi
əlaqələrin yaranması buna
səbəb olmuşdu.
Xaçlı yürüşləri və Şərq ölkələri
ilə ticarət əlaqələri üçün