İ
ngiltərənin bir hissəsini
IX yüzillikdən istila
edən vikinqlər və daha
əvvəllər burada krallıq quran anql-sakslar tədricən qaynayıb-
qarışaraq ingilislər
adlandırıldı. İngiltərədə feodallaşma
prosesi XI yüzilliyin ikinci
yarısında Normandiya istilası ilə
başa çatdı.
Fransanın şimal-qərbində yerləşən
Normandiyanın hersoqu
Vilhelmin İngiltərə taxtına
olan iddiası bu ölkəyə yürüş
üçün bəhanə oldu. Bu iddianın
əsasında onun ölmüş İngiltərə
kralı ilə qohumluğu dayanırdı.
1066-cı ildə
Hastinqsdə
Vilhelm və İngiltərə kralının
qoşunları üz-üzə gəldi. Döyüş
norman oxçularının hücumu ilə
başladı, lakin çox da uğurlu olmadı.
Çünki anql-saksların geniş
qalxanları onları ox atışlarından
qorudu. Normanların piyada və
süvarilərlə sonrakı hücumu da
dəf edildi. Hücumlardan nəticə
əldə edə bilməyən normanlar
hiylə işlədərək geri çəkildilər
Sizcə, miniatürdə təsvir
edilənlərdən hansı ingilis
ordusudur? Mülahizələrinizi
mətndən istifadə
etməklə əsaslandırın.