Q
ərbi Avropada erkən orta əsrlərə nisbətən XI-XVI yüzilliklərdə təhsil, elm və
incəsənət xeyli inkişaf etmişdi. XII yüzillikdə Avropada ilk ali məktəblər olan universitetlər meydana gəldi. Dərslər hər yerdə latın dilində keçirilirdi. Ona görə də avropalılar istədikləri universitetlərdə oxuya bilirdilər. Avropada ilk universitet İtaliyada, Boloniya şəhərində yaradılmışdı.Sonralar Fransa, İngiltərə və digər
Avropa ölkələrində də belə
təhsil müəssisələri yaradılmağa
başlandı.
Sürətlə böyüyən və abadlaşan
şəhərlər üçün daha çox savadlı
adamlar tələb olunurdu. Bunun
da nəticəsində şəhərlərdə
zehni əməklə məşğul olan
ziyalılar meydana gəlirdi.
Kilsə təlimi ilə bağlı olmayan
biliklərin meydana gəlməsi
təsərrüfatın inkişafı ilə
bağlı idi. XIII yüzillikdə İngiltərədə
yaşamış Rocer Bekon Oksford
universitetinin professoru idi.
O deyirdi ki, biliyi müşahidə və
təcrübənin köməyi ilə qazanmaq
olar.
Bu dövrdə İtaliyada mədəni
yüksəliş baş verirdi. Yeni
mədəniyyətin nümayəndələrinin
diqqətini daha çox insan
və onun fəaliyyəti cəlb edirdi.