Ş
ərqi Hun dövlətinin süqutundan sonra 394-cü ildə türk tayfaları Şərqi Türküstanda Ay
xaqanın başçılığı altında Asiya Avar dövlətini qurdular. Avar xaqanlarının monqol əyanlarını da dövlət işlərinə cəlb etmələri onların türklər arasında nüfuzlarını azaltdı. Nəticədə hakimiyyət 552-ci ildə göytürklərin əlinə keçdi. Göytürklərlə mübarizədə məğlub olan avarlar
qərbə doğru köçməyə məcbur
oldular.
Sabirlər və digər qohum türk
xalqları ilə birləşən avarlar
Qafqazın xeyli hissəsini, həmçinin
Qara dənizin şimal sahillərini
tutdular. Onlar VI əsrin
ikinci yarısında Bayan xaqanın
başçılığı altında Avropa Avar
dövləti qurdular. Bizansın şərq
və şimal torpaqlarına hücum
edən avarlar Dunay ətrafına
yerləşdirilmiş slavyanları özlərinə tabe edərək Mərkəzi Avropada xeyli ərazilər ələ keçirdilər. Daha sonra Elba çayı sahilindəki döyüşdə frankları darmadağın edən avarlar onların kralını əsir tutdular.