P
arfiya dövləti III yüzilliyin əvvəllərində daxili çəkişmələr və hakimiyyət uğrunda mübarizə
nəticəsində zəifləmişdi. Əyalətlərin hakimləri mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Belə bir şəraitdə əhali içərisində atəşpərəst kahinlərin nüfuzu artırdı. Belə kahinlərdən biri də Sasan idi. Onun nəvəsi Ərdəşir sonuncu Parfiya hökmdarı üzərində qələbə qazanaraq özünü şahənşah, yəni "şahlar şahı" elan etdi. Sülalənin əsasını qoymuş Sasanin adı ilə adlandırılan dövlətin paytaxtı vaxtilə selevkilər tərəfindən salınmış Ktesifon oldu. Partiyanın da paytaxtı olmuş bu şəhər Şərqdə Mədain adı ilə tanınır.Qafqaz dağlarından Ərəbistan yarımadasına qədər böyüdü.
Ərdəşir hakimiyyətə gəldikdən
az sonra Azərbaycanın cənubunu
(Atropatena) ələ keçirib,
Roma ilə müharibələrə başladı.
Mesopotamiya və Qafqazda
sasanilərlə Roma arasında
illərlə davam etmiş müharibələr
başladı.
Romalıları bir neçə dəfə
məğlubiyyətə uğradan Sasani
şahı I Şapur geniş ərazilər ələ
keçirdi. Sasanilərin sərhədləri
Suriyadan Hind çayına, Böyük