B
izans imperiyası (Şərqi Roma) Qədim Roma imperiyasının parçalanması nəticəsində
yaranmışdı. Xalqların böyük köçü nəticəsində Bizans dövləti ərazisinin çox hissəsini itirsə də, varlığını qoruyub saxlaya bildi. Əhalisinin çox hissəsini yunanlar təşkil etdiyindən yunan dili dövlət dilinə çevrilmişdi.Dövlətin başçısı imperator idi.
O, qeyri-məhdud hakimiyyətə
malik idi. Xarici dövlətlərlə
əlaqələr quran imperator
qanunlar verir, ali hakim rolunu
oynayır və orduya rəhbərlik
edirdi.
VII yüzillikdə ərəblərin hücumları
nəticəsində Bizans Afrikada
və Asiyadakı mülklərinin çoxunu
itirdi. Zəifləyən dövlətin əlində Kiçik Asiya, Balkan yarımadasının cənubu və İtaliyada bəzi əyalətlər qaldı.
Ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi ticarətin inkişafını
şərtləndirirdi. Şərqdən Qərbə, Afrikadan Avropaya gedən ticarət
yolları Bizans ərazisindən keçirdi. Ölkənin paytaxtı Konstantinopol
bu ticarət yollarının, eləcə də Aralıq dənizindən Qara dənizə keçən
yolların kəsişməsində yerləşirdi. Çindən Avropaya gedən Böyük
İpək yolu da Bizans ərazisindən keçirdi.
Bizans qızıl pulu bir çox Afrika, Avropa və Asiya ölkələrində istifadə
olunurdu. Ticarətin inkişafı ölkədə sənətkarlığın inkişafına şərait
yaradırdı. Erkən orta əsrlərdə Bizans özünün zərgərlik məmulatları,
silah, şüşə, ipək və müxtəlif ağac, sümükişləmə məmulatları
ilə şöhrət qazanmışdı. Ticarətin və sənətkarlığın inkişafı şəhərlərin
çiçəklənməsinə səbəb olurdu. Bizans ərazisində 1000-dən çox
şəhər olduğuna görə onu "şəhərlər ölkəsi" adlandırırdılar. Ən böyük
şəhəri "Qızıl körpü" adlandırılan Konstantinopol idi.
XI yüzillikdə Səlcuq türklərinin
qərbə axınları ilə Bizans Kiçik
Asiyada bir çox mülklərini də
itirdi.
Səlcuq hücumlarının qarşısını
ala bilməyən Bizans kömək
üçün Roma papasına müraciət
etdi. Nəticədə Səlcuqların tutduqları
torpaqları geri qaytarmaq
üçün xaç yürüşləri təşkil
olundu. Bu yürüşlər müvəqqəti
olsa da, Bizans üzərinə Səlcuq
təzyiqini azaltdı.
Lakin tezliklə Kiçik Asiya yarımadasında
yaranmış Osmanlı
dövləti 1453-cü ildə Bizans
dövlətinin varlığına son qoydu.