O
ğuz dövlətində subaşı (ordu başçısı) vəzifəsini Qınıq boyundan Səlcuq
bəy icra edirdi. Bir müddətdən sonra Oğuz dövləti ilə arası dəyən Səlcuq bəy ətrafında olan Oğuz tayfaları ilə Aral gölünə doğru köç etdi. Bu köçün əsas səbəbi yer və otlaq çatışmazlığı idi.başladı. İslam dinini qəbul etməsi bölgədə Səlcuq bəyin nüfuzunu artırdı və digər türk-müsəlman tayfalarının onun ətrafında cəmləşməsinə şərait yaratdı. Bu amil Oğuz dövlətinə qarşı mübarizədə onun işini asanlaşdırdı.
Səlcuq bəyin vəfatından
sonra onun varisləri
səlcuqlar adı ilə tanındılar.
Mübarizəni onun oğlanları və
nəvələri davam etdirmişdir. Bu
mübarizədə hələ babalarının
sağlığında idarəçilik təcrübəsinə
yiyələnmiş nəvələri, iki
qardaş: Çağrı bəy və Toğrul
bəy xüsusilə fərqlənirdi.
Qaraxanlı və Qəznəli hökmdarları
qardaşların rəhbərlik
etdiyi səlcuqlara qarşı birlikdə
mübarizə aparırdılar. Ancaq
bu mübarizə səlcuqları daha
da gücləndirdi.