A
ğ Hun, Qəznəli və
digər türk dövlət-
lərinin
Hindistanın şimalına yürüşü
Sultanlıq 1206-cı ildə qıpçaq türkü olan Qütbəddin Aybək tərəfindən yaradılmışdır. Aybək ölkədə türk əhalisinin sayını artırmaq və türk dilini hakim dil etmək üçün çalışırdı. Onun İslam dininin Hindistanda geniş yayılmasında böyük xidmətləri olmuşdur.
Qütbəddin Aybəkin varisi olmadığı üçün ölümündən sonra kürəkəni Eltutmuş hakimiyyətə gəldi. O, Şimali Hindistanda bəzi əraziləri tutaraq mövqeyini möhkəmləndirdi və monqol təhlükəsinin qarşısını aldı. Eltutmuş monqol hücumlarından canlarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarını qəbul etmiş və Şimali Hindistanda türk mədəni həyatının davamlılığını təmin etmişdir. Müsəl-