A
nadoluya türklərin
yerləşməsi Alp
Arslanın Malazgird
döyüşündəki
XIII yüzilliyin I yarısında monqolların təzyiqi ilə Mərkəzi Asiya və Azərbaycanda yaşayan bəzi türk tayfaları da bu dövlətin ərazisinə sığınmışdı. Anadolu Səlcuq sultanları bu tayfaları, əsasən, Bizansla sərhəd ərazilərdə yerləşdirirdilər. Belə tayfalardan biri də Qayı boyu idi. Söyüd adlı yer qayılara qışlaq, Domaniçi isə yaylaq yeri olaraq verilmişdi.
Anadolu Səlcuq sultanlığının zəifləməsi nəticəsində qayıların bəyi Osman Qazi 1302-ci ildə müstəqil oldu. Yeni yaradılan müstəqil müsəlman-türk dövləti onun qurucusunun adı ilə Osmanlı adlandırıldı. Osmanın nüfuzunun artmasında onun sənətkarlara və xristian əhali-
sinə xoş münasibət göstərməsi
böyük rol oynadı.
Osmandan sonra hakimiyyətə
onun oğlu Orxan Qazi gəldi.
Orxan Qazinin hakimiyyəti
dövründə (1326-1362) fəth
olunan Bursa şəhəri Osmanlının
paytaxtı oldu. Bursa
şəhərinin mühasirəsi və fəthi
zamanı Azərbaycanın Xoy
şəhərində yaşayan Geyikli