T
eymuri dövlətinin yaradıcısı türk dünyasının böyük fatehi Əmir Teymur qolmuşdur.
Türküstanda doğulan Teymur Cağatay ulusunun türkləşmiş Barlas qəbiləsindən idi.O, hələ cavan yaşlarında hərb işini yaxşı öyrənmək üçün Səmərqənd hakiminin yanında xidmətə getmiş, nümunəvi addımları ilə onun hörmətini qazanmışdı.
Hərbi səfərlərə qatılan Teymur
mühüm əməliyyatlarda iştirak
edir, bacarığı ilə düşmənin
məğlub edilməsində böyük
xidmətlər göstərirdi. Bu xidmətlərinə
görə Teymur hətta
mükafatlandırılmışdı.
Səmərqənd hakiminin vəfatından
sonra hakimiyyətə
oğlu Əmir Hüseyn keçdi. O da
atası kimi hərbi əməliyyatlarda
Teymurun bacarığından istifadə
etmək qərarına gəldi. Bunun
üçün Teymurla ittifaqa girdi.
Teymur da Hüseynlə olan münasibətlərini
daha da möhkəmləndirmək
üçün onun bacısı ilə
evləndi.
Teymur və Əmir Hüseynin
birləşmiş qüvvələri Cağatay
hakiminin üzərinə hücuma
keçsə də, onlar məğlub oldular.
Cağatay hakiminin Səmərqəndi
ələ keçirib orada möhkəmlənmək
cəhdi uğursuzluqla
nəticələndi. Üsyan qaldıran
əhali monqolları şəhərdən qovdu.
Bundan sonra Səmərqəndə