Küçələrdən keçənlər durub
Boylanırdılar,
Cavan qızlar, gəlinlər gizlicə yanırdılar.
Göz qoyurdu qarılar köks ötürüb dərindən,
Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər.
Bütün şəhər elə bil bu lövhəyə dalırdı:
Bir ana qucağında bir körpə aparırdı...
Ona ad gəzirdilər, beşik axtarırdılar,
Başına dönürdülər, qadasın alırdılar.
Nənəsi yor...anını bərk-bərk
Quca...lamışdı,
Xalası bələ...inə göy muncuq bağlamışdı,
Əmisi əsgər kimi yeriyirdi dalınca,
Osa sakit, astaca baş qoymuşdu balınca...
Xırda qara gözləri açılır, qapanırdı,
Bir ana qucağında bir körpə aparırdı...
Büsbütün arzuları
Uşaq təzələmişdi,
Tamam düz eləmişdi.
Nə qədər
istək, murad gətirmişdi
özüylə,
Nənə kimi fəxri ad gətirmişdi özüylə,
Ata istəyi üçün, ana harayı üçün,
Qaynar, gur, təlatümlü ailə çayı üçün
Bir dayaq aparırdı, bir körpü aparırdı.
Bir ana qucağında bir körpə aparırdı...
Dünya bir nəğmə idi,
Dünya bir yuxu idi,
Elə bil yer üzündə
Bir tifil də yox idi.
Muzeylərə dönmüşdü sanki yetimxanalar,
Dəyişmişdi elə bil nankor ata-analar,