Amerikanın gələcəyi məktəb və ailələrimiz tərəfindən müəyyən ediləcək. Uşaq öyrəndiyini və gördüyünü edər. Odur ki biz nə öyrətdiyimizə və necə yaşadığımıza diqqət etməliyik.
Laura Ceyn Adams Amerika Birləşmiş Ştatlarının tarixinə Nobel mükafatı almış ilk amerikalı qadın kimi daxil olmuşdur. O,həmçinin ABŞ-ın ictimai-filosof adını almış ilk qadını kimi də öz adını tarixə yazdıra bilmişdir.
Ceyn 1883-cü ildə rəfiqəsi Helen Starla birlikdə Avropa səyahətinə yollanır. Səyahət zamanı onlar Londonda xeyriyyəçiliklə məşğul olan “Toynbi-Holl” təşkilatına baş çəkir. Oksford Universiteti tələbələrinin xidmət göstərdiyi bu yer Ceyndə sosial problemlərə qarşı maraq oyadır və məhz bu səyahətdən sonra o, həyatda nə etmək istədiyini anlayır.