8
MİLLƏTİN XEYİRXAH ANASI
(ixtisarla)
1. Mətni tələffüz qaydalarına uyğun oxuyun.
Tarix boyu xalqımızın yaddaşında öz fədakarlığı, sosial xidmətləri, xeyriyyə işləri ilə dərin iz
buraxmış çox şəxsiyyətlərimiz olmuşdur. Bunlardan kimisi maddi vəsaiti, kimisi sənətkarlıq qabiliyyəti,
kimisi də, ümumiyyətlə, əlindən nə gəlirsə, onunla xalqa xidmət göstərməyə çalışmışdır. Belə
şəxsiyyətlərdən biri babalarımızın “Tikmədim, özüm qalam, tikdim ki, izim qala” kəlamını həyatının şüarı
etmiş millətin fədakar anası, 117 yaş yaşamış Nabat xanım Aşurbəylidir.
- əsilzadə ailənin
- ən böyük məscidindən ikisini
- 1795-ci ildə
- xeyriyyəçilər bəxş etmiş
- Aşur xan Avşarın
- Aşurbəylilər ailəsində
- Təzəpir məscididir
- Yuxarı çərçivədəki sözlərdən istifadə etməklə cümlələri tamamlayın.
- Nabat Aşurbəyli ____ Bakı şəhərində məşhur ______ dünyaya gəlmişdir (...).
- Kökü türk avşar (əfşar) tayfasına gedib çıxan bu ____ soyadı ulu babaları __________
adı ilə bağlıdır.
- Tarix boyu xalqımıza ictimai xadimlər, alimlər, xüsusən də __________
bu əsilzadə ailənin millətimizin qarşısında böyük xidmətləri olmuşdur.
- Nabat xanımın xidmətlərindən danışarkən bunlardan ən böyüyü, şübhəsiz,
onun inşa etdirdiyi _______ .
- Onu da qeyd edək ki, Bakının 3 ______ Aşurbəylilər tikdirmişdir.