Dağ adları dilin “tarix kitabı”dır. Bu kitabın hər səhifəsində bir ad oxunur, bir abidə ucalır. Bu abidələr minillik tariximizin ən qədim tərcümeyi-halı, əbədi yaddaşı, əslimizin-kökümüzün tarix salnaməsidir. Salnamənin hər səhifəsində torpağın “tarix kitabı” oxunur.
1. Sizcə, dağ adlarının mənasının öyrənilməsinin hansı əhəmiyyəti vardır?
Naxçıvanın hər dağında, hər dərəsində bir tarix yaşayır. Buradakı toponimlərin hamısı Azərbaycan?türk mənşəlidir: ərazidə hər daşın, hər qayanın üstündə Azərbaycanın milli möhürü vardır.
Bu dağlar xalqın yaşayış tərzində, təsərrüfat həyatında mühüm rol oynamışdır. Xalq dağları özünün güvənc yeri, arxa, köməyi hesab etmiş, inam ocağına çevirmiş, dağları ucalıq, paklıq, əyilməzlik simvolu kimi qəbul etmiş, hər bir dağa formasına, görünüşünə, bitki və heyvanat aləminin zənginliyinə görə ad vermişdir. Bu adlar həm?də xalqın milli mənlik abidəsinə çevrilmiş, iftixar, qürur mənbəyi olmuşdur. Odur ki, ərazidə hər dağın öz adı, öz mənəvi qüdrəti, simvolik rəmzi vardır.