A |
Acıdil |
danışarkən hamını sancan, acı söz deyən
|
Ağ ciyər |
tənəffüs orqanı
|
Ahəngdarlıq |
səslər və s. arasında uyğunluq
|
Alaq otları |
tarlada, bostanda və s. bitən və becərilən bitkilərin inkişafına mane olan yabanı bitki
|
Al-əlvan |
rəngarəng, ala-bəzək
|
Alqış |
birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma
|
Amil |
bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, səbəbi
|
Anlayış |
anlaşma, qanma, düşünmə, dərk etmə işi; ağıl, zəka, fərasət
|
Araşdırmaq |
axtarmaq, yoxlamaq
|
Aydınlıq |
ay işığı; açıq və işıqlı hava; nur
|
B |
Bacarıq |
bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti
|
Bağır(bağrım) |
ürək, qəlb mənasında
|
Bəxt |
tale, qismət
|
Bərpa etmək |
əvvəlki normal halına salma, təzədən qurma
|
Bəşəriyyət |
insanlıq, insanlar
|
Bəzzaz |
parça satan tacir
|
Bilik |
oxumaq və ya təcrübə nəticəsində əldə edilən məlumat; elm
|
Boya |
bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi
|
Böhtan |
birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira
|
Böyümək |
həcmcə və miqdarca artmaq, genişlənmək
|
Bulanıq |
mayelər haqqında: şəffaf, təmiz, saf olmayan, saflığım itirmiş
|
C |
Cahan |
dünya, aləm, kainat
|
Caynaq |
bir çox heyvan və quşların barmaqlarının qarmaqvarı iti ucları
|
Cəmiyyət |
konkret tarixi-maddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu
|