Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır.
Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır.
Dahi alman bəstəkarı Bethoven dünyanın ən nəhəng bəstəkarlarından biridir. Hələ 1787-ci ildə Bethoven Vyanada olarkən onun improvizasiyasını dinləyən Motsart demişdi O bütün dünyanı özü haqqında danışmağa məcbur edəcək. L.Bethoven öz yaradıcılığında, əsasən, insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir.
İ.V.Hötenin “Eqmont” faciəsinə yazdığı musiqi, “Patetik” və “Appassionata” adları ilə tanınmış fortepiano sonataları, skripkaçı R.Kreytsernə həsr etdiyi “Kreytser sonatası”, yeganə “Fidelio” operası Bethoven yaradıcılığının qəhrəmanlıq, azadlıq əhvali-ruhiyyəsini dinləyicilərə məharətlə çatdırır.