Onu necə adlandırmağımız, əslində, ona münasibətimizin və məqsədimizin göstəricisidir. Biz meşələrə “planetin yaşıl örtüyü”, “bəşəriyyətin ağ ciyəri” də deyə bilərik, “xammal bazası”, “(canlı, diri) orqanizmlərin ən çox mövcud olduğu məkan” da, yaxud şairlərin dediyi kimi, “zümrüd gözlü gözəl” də...
Ancaq unutmamalıyıq ki, meşələrimiz, hər şeydən əvvəl, canlı orqanizmdir. Onun bizə (bağışladığı, hədiyyə etdiyi) hər şey: gözəllik də, rahatlıq da, özümüzlə baş-başa qalmaq imkanı da.. ancaq bu canlılıqdan xəbər verir.
Meşələr təkcə ekoloji anlamda əhəmiyyət daşımırlar. Onlar həmçinin bəşəriyyətin tarixi, yaranışı, mənəvi-mədəni sərvətlərinin başlanğıcı kimi də öyrənilməli və araşdırılmalıdırlar. Qədim sivilizasiyaların məhv olma səbəblərindən biri kimi meşələrin qırılması faktını da (göstərirlər, qeyd edirlər). Məsələn, Mesopotamiya, Aralıq dənizi, Mərkəzi Amerikanın qədim mədəniyyətləri məhz bu şəkildə Yer üzündən silinmiş(lər, dir).
Meşələr nə qədər çox ərazini əhatə edərsə, bəşəriyyətə bir o qədər çox xeyir ver(əcək, ər). Lakin nədənsə biz insanların fəaliyyətində və yaşamında onu əsir etmək və məhv etmək, satmaq və gəlir götürmək xüsusiyyəti daha qabarıq müşahidə edilir. Bu isə o deməkdir ki, təbiətə vurduğumuz ziyanın içərisində meşələrə dəyən (zərbə, ziyan) xüsusi yeri tutur. 1
Statistikaya nəzər sal(dıqda, saq) görərik ki, bütün dünyada meşə örtüyünün azalma prosesi gedir. Hər il təxminən 4,3 milyon hektar meşə sahəsi xəritədən silinir. BMT-nin apardığı araşdırmaların nəticələrinə görə, təkcə 2000-2005-ci illər arasında 229 ölkədə 7,3 milyon hektar meşə sahəsi yox olub. Bir sözlə, bir zamanlar Yer kürəsini bürümüş yaşıl meşə zolaqlarının, demək olar ki, yarısı artıq yoxdur. 2
Tədqiqatlar göstərir ki, insan ayağının dəymədiyi meşələrdə özünübərpa xüsusiyyəti aktiv olur. Elə canlılar var ki, məhz belə meşələrin dərinliklərində yaşaya bilirlər. Məsələn, xal-xal bayquş ancaq qədim meşələrdə, ağacların kəsilmədiyi yerlərdə, yıxılmamış, amma artıq ölmüş ağaclarda yuva qururlar. Bir çox meşələrdə hələ də bir qrup insanlar tərəfindən ağaclar qırıldığı üçün orada yaşayan canlılar azalmağa və sıradan çıxmağa başlayırlar. 3