5
DƏNİZDƏN BÖYÜK
1. Şeiri oxumazdan əvvəl orfoqrafiya və orfoepiya ilə bağlı tapşırıqları yerinə yetirin.
ORFOQRAFİYA
Hansı hərf yazılmalıdır?
- 5-ci misrada;
- 9-cu misrada;
- 10-cu misrada.
Dünya nə kədərli olardı,
dəniz olmasaydı.
Dəniz düşündürür məni.
Dəniz inandırır məni
həyatın ...ücünə(q, g).
Dəniz aparır məni
ən uzaq,
ən heyranlı
...əyallar(h, x) bürcünə.
Dənizdən sevin...(c, ç) alıram,
dənizdən kədər alıram.
Ona baxdıqca qürurlanıram
insan olduğuma.
ORFOEPİYA
- Son iki misranı tələffüz qaydalarına uyğun yazın.
Həm kainata bənzərliyimə,
həm quma.
Mən dənizdən nə istəsəm, alaram
balıqdan tutmuş
şeirin möcüzəsinə qədər.
Mən dənizə nə verirəm!
Heç nə.
Mən dənizsiz qala bilmərəm
dəniz mənsiz keçinər.
Dənizlə gecə söhbətimdə
bu qərara gəlmişik:
qəlbim dənizdən böyükdür,
dəniz qəlbimdən kiçik.
Rəsul Rza