3
|
HƏR ŞEY SU İLƏ BAŞLADI (ixtisarla) |
|
[addımlayır] [......................] [......................] [......................] |
“Bir xoşbəxtlik qapısı bağlananda digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun-uzadı baxırıq ki, bizim üçün açılmış olan yeni qapını görmürük”.
Helen Adams Keller
Onun adı istər yaşadığı dövrdə, istərsə də ölümündən sonra milli mənsubiyyətindən asılı olmayaraq, müxtəlif təbəqələrdən olan insanlar tərəfindən daim xoş qarşılanmış, xüsusi ehtiramla yad edilmişdir. Dünya şöhrətli yazıçı Mark Tven onu XIX əsrin iki ən böyük şəxsiyyətindən biri kimi təqdim etmişdir. Pedaqogika tarixində özünəməxsus yeri olan bu şəxs Helen Adams Kellerdir.
1 Ailənin ilk qız övladı olan Helen maddi cəhətdən imkanlı bir ailədə dünyaya gəlmişdir. 1 yaş 7 aylıq olarkən Helen ağır xəstəlik keçirir bir neçə gün davam edən yüksək hərarət nəticəsində Helen görmə eşitmə və danışma bacarığını itirir. Bu hadisə onun ətraf aləmlə əlaqəsini tamamilə kəsir.
2 Buna görə də Helen tez-tez əsəbiləşir, əlinə keçən qabları qırır və bütün əşyaları dağıdırdı. Çünki gücü yalnız buna çatırdı. Belə vaxtlarda o, yanında olan hər kəsin üzərinə hücum edir, özündən uzaqlaşmaq(-ır, -dı, -dır).
Düşünə bildiyi, hiss etdiyi halda görməmək, eşitməmək, danışa bilməmək onu dəli kimi edirdi.
Helenlə ən yaxşı yola gedən şəxs isə ailə (aşpazının, aşbazının) kiçik qızı Marta Vaşinqton idi. Helenin ən çox Martanı incitməsinə baxmayaraq, onlar çox yaxşı anlaşa bilirdilər. Belə ki Helenin 7 yaşı olanda onlar artıq 60-dan çox işarələrlə ünsiyyət qurmağı bacarırdılar.