Parazit qurdlarla yoluxma
Mİnsanlar ev heyvanlarını sevir və onları özlərinin dostu hesab edirlər. Ancaq onlarla davranış qaydalarını unutmamaq lazımdır.
Parazit qurdlar haqqında biliklərinizə əsaslanaraq cədvəli dəftərinizə çəkin və doldurun.
Parazit qurdlar, əsasən, yastı və sap qurdlar tiplərinə aiddir.
Parazit qurdların törətdiyi xəstəliklər helmintoz adlanır. Helmint terminini elmə gətirən (yunanca “helmins” - qurd), parazit qurdların yaratdığı xəstəlikləri ətraflı təsvir edən Hippokrat olmuşdur.
Bağırsaq helmintozlarına yoluxmuş xəstələr sayına görə dünyada yoluxucu xəstəliklərlə yoluxanların içində üçüncü yeri tutur. İnsan orqanizmində parazitlik edən 250-dən çox helmint növü qeydə alınıb. Helmintlərin insan orqanizminə patogen (zərərli) təsirlərinin mexanizmi olduqca müxtəlifdir.
Ümumiyyətlə, parazit qurdların törətdiyi xəstəliklər uşaqların əqli və fiziki inkişafının geri qalmasına, yaşlı adamların iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Onlar allergiyaya səbəb olaraq orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimət qabiliyyətini aşağı salır.
Parazit qurdlar orqanizmə yoluxduqda bir sıra əlamətlərlə özlərini büruzə verir.