Buğumayaqlıların törətdiyi və yaydığı xəstəliklər
Mİnsanlar çox qədim zamanlardan evlərinin pəncərələrinə tor tutur, yatarkən miçətkən qururdular.
Şəkildə təsvir olunmuş buğumayaqlıları qruplaşdırın. Onlardan hansıların insanda xəstəlik törədicisi olduğunu, hansıların yoluxucu xəstəlikləri yaydığını müəyyənləşdirin.
Buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər iki qrupa bölünür:
Yalnız buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər | Həm buğumayaqlılar, həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər |
səpgili yatalaq, malyariya, sarı qızdırma | taun, tulyaremiya |
Buğumayaqlılar vasitəsilə yayılan virus xəstəlikləri məlumdur. Xəstəliklərin yayılmasında gənələr çox təhlükəlidir. Bir sıra heyvanların bədənində yaşayan gənələr həm onlara, həm də yoluxduğu insana ziyan verir. Müxtəlif xəstəlik törədiciləri gənələrin bədənində çoxalır və uzun müddət sağ qalır.