Makrotəkamülü isbat edən paleontoloji dəlillər
MBildiyiniz kimi, mikrotəkamül nəticəsində yeni növlər yaranır. Görəsən, növdən daha böyük taksonomik vahidlər necə yaranmışdır və bunların yaranmasına səbəb olan hansı prosesdir? Canlıların inkişaf tarixində mikrotəkamüllə yanaşı, makrotəkamül də baş vermişdir.
Şəkillərə baxın və onların müasir dövrdə yaşayan hansı heyvanlara oxşar olduğunu müəyyənləşdirin və müqayisə edin.
Makrotəkamül daha yüksək təkamül olub növdən yüksək taksonomik vahidlərin yaranmasına səbəb olmuşdur. Makrotəkamül uzun sürən proses olduğuna görə onu bilavasitə izləmək mümkün deyil. Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Qazıntı halında tapılan qalıqlar təkamülü isbat edən mühüm dəlillər verir. Canlıların tapılan qalıqları onların hansı dövrdə və hansı şəraitdə yaşadığını, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır.
Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Paleontoloji dəlilləri aşağıdakı qruplara bölürlər.