Canlılarda tənəffüs
MƏksər canlıların yaşaması üçün qida maddələri ilə yanaşı, oksigen də mühüm amildir. Qəbul olunan oksigen qida maddələrinin tərkibində olan üzvi birləşmələri oksidləşdirir. Bu zaman ayrılan enerji, əsasən, canlılarda müxtəlif fizioloji proseslərin həyata keçirilməsinə sərf olunur.
İsti bölgələrdə yaşayan böcəklər soyuq bölgələrdə yaşayanlara nisbətən daha böyük ölçüdə olur. Sizcə, bunun səbəbi nədir?
Araşdırma apararaq tapşırıqları icra edin.
1. Oksigen hüceyrələrə necə çatdırılır? Bu hansı orqanların köməyi ilə həyata keçirilir?
2. Birinci Sxemə əsasən ağ ciyər tənəffüsü olan canlılarda qaz mübadiləsinin necə baş verdiyini izah edin.
3. İkinci şəklə əsasən canlıların tənəffüslərinin baş verməsində oxşar və fərqli cəhətləri müəyyənləşdirib təqdim edin.