Makrotəkamülü isbat edən embrioloji dəlillər
MÇarlz Darvinin təkamül təlimindən sonra bir çox alimlər yeni araşdırmalar aparmış, canlılarda oxşar və fərqli xüsusiyyətləri, baş verən dəyişiklikləri yalnız paleontoloji dəlillərlə yox, digər faktlarla da əsaslandırmağa çalışmışlar. Belə faktlardan biri də rüşeymlərin quruluşunda oxşarlıqlar olmuşdur.
Embrionların quruluşunda olan oxşarlıq təkamül üçün hansı dəlilləri verə bilər?
Embriologiya elmi canlıların rüşeym mərhələsini öyrənir və təkamül dəlilləri verir. Ç.Darvin də orqanizmlərin fərdi inkişafının onların tarixi inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu söyləmişdir. Embrioloji dəlillər birhüceyrəlilərlə çoxhüceyrəlilər, onurğasızlarla onurğalılar və onurğalıların müxtəlif sinifləri arasında rüşeymlərin inkişafındakı oxşarlıqları müəyyən etmişdir.