Yer üzərində canlıların inkişaf tarixi
MCanlıların inkişafı necə getmişdir? Müasir canlılar necə formalaşmışdır?
Alimlər canlı varlıqların yarandıqdan sonra inkişafının necə getdiyini araşdırmış və bu nəticəyə gəlmişlər ki, müasir canlılar uzun sürən tarixi inkişaf nəticəsində formalaşmışdır.
Şəkillərdə gördüyünüz canlıların xarakterik xüsusiyyətlərini göstərin. Onlar hansı canlıların əlamətlərini daşıyır, onlardan müasir dövrə qədər yaşayanı hansıdır?
Alimlər Yer üzərində həyatın yaranmasını və inkişafını öyrənmək üçün uzunmüddətli tarixi vaxtlar müəyyənləşdirmişlər. Onlardan ən uzun müddətlisi eondur.
Həyatın yaranmasının təqribən 3,5-4 milyard il bundan əvvəl baş verdiyi güman edilir. İlk canlılar suda yaranmış, sonra isə quruya çıxmışlar. İlk quru bitkilərindən biri də psilofitlər olmuşdur.